Ermənistan xaricdən 64 milyon dollar qrant alacaq

02.11.2015 19:56     Dünyadan reaksiya     2087

Ermənistan hökuməti 2016-cı ldə 30,2 milyard drama (64 milyon dollar) yaxın qrant yardımı alacaq.

Reaksiya.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinə təqdim olunan dövlət büdcəsindəki şərhdə bildirilib.

O cümlədən Avropanın qonşuluq siyasəti çərçivəsində Avropa İttifaqından Erməistana 24 milyon avro (13 milyard dram) təyinatsız qrant üçün verləcək.

Qalan təyinatsız qrantlar isə 35,6 milyon dollar (17,2 milyard dram) təşkil edəcək.  Təyinatlı layihələr üzrə isə Avropa İttifaqının qrant yardımları 9,1 milyon dollar (4,4 milyard dram) olacaq.

Rusiyadan AES üçün qrant 8 milyon dollar, Almaniya İnkişaf Bankının (KfW) isə qrantı 7,4 milyon dollar təşkil edəcək.

Şərhlər

Çox oxunanlar