Ərdoğan Avropaya öz şərtlərini diktə edəcək - Bundestaqın sədr müavini
02.11.2015 22:34 Dünyadan reaksiya 1945
Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) seçki zəfəri Avropa İttifaqının (Aİ) miqrant böhranına qarşı mübarizəsinə mənfi təsir edəcək.
Reaksiya.Az-ın “Deutsch Welle”yə istinadən verdiyi məlumata görə, bunu Alman parlamentinin vitse-spikeri, Yaşıllar Partiyasının təmsilçisi Klaudia Rot deyib.
Qərbi Alman Radiosuna (WDR 5) Türkiyədəki seçki nəticələrini şərh edən K.Rot bildirib ki, Ərdoğan qaçqın böhranı ilə mübarizədə Avropa İttifaqına öz şərtlərini diktə edəcək.
“Ərdoğan demokratiyadan başqa hər şeyə niyyətlidir”, - deyə Rot vurğulayıb.
Seçki gününü "Türkiyə baxımından qapqara bir gün" olaraq xarakterizə edən Rot “Ərdoğanın qütbləşdirmə siyasətinin müvəffəqiyyət qazandığını” deyib. O, seçkilərdən əvvəl Merkelin Türkiyəyə səfər edərək Ərdoğanla görüşməsini “siyasi səhv” adlandırıb.
Şərhlər