Merə etiraz üçün kabab festivalı keçiriləcək - Radikallar narahatdır

02.11.2015 22:38     Dünyadan reaksiya     2017

Fransanın cənubunda 73 min əhalisi olan Beziers şəhərində keçiriləcək "Beynəlxalq Kabab Festivalı"nın təşkilatçısı ilə radikal sağçıların qarşıdurmasına səbəb olub.
 
Reaksiya.az xəbər verir ki, Baptiste Fluzin adlı vətəndaş həddindən artıq sağçı Milli Cəbhə partiyası tərəfindən dəstəklənən mer Robert Menarda etiraz məqsədi ilə 5 May 2016 tarixində iri kabab festivalı keçirmək istəyir.
 
"Facebook" səhifəsindən iştirak çağırışına dəvət edilən 49 min 472 adamdan bu gün axşama qədər 35 min 875 nəfər müsbət cavab verib. Lakin şəhərin radikal sağçıları buna qarşı çıxıb və sərt reaksiya veriblər.
.
Sərhədsiz Jurnalistlər Təşkilatının qurucularından olan Robert Menard son illərdə edam cəzası və İslam mövzularında radikal ifadəsiylə ictimaiyyətdə diqqət çəkmişdi. 2014-cü ildə müstəqil namizəd olaraq girdiyi seçkiləri qazanaraq Beziers şəhərinin meri olan Menard sonralar üzv olduğu təşkilatdan da uzaqlaşıb. 
 
Onun şəhərdə yeni kabab dükanları açılmasına icazə verməməsi isə narazı insanları festival ideyasına sövq edib.
 
Menard şəhərin "kabab paytaxtı" olmasını istəmədiyini, Türkiyə mənşəli bu yeməyin Fransız mədəniyyəti və Avropanın xristian-yəhudi ənənələriylə uyğun gəlmədiyini vurğulayıb.

Şərhlər

Çox oxunanlar