"Saakaşvilinin yeri həbsxanadır"

03.11.2015 01:12     Dünyadan reaksiya     1752

Gürcüstanın baş naziri İrakli Qaribaşvili hesab edir ki, ölkənin keçmiş prezdenti, Ukraynanın Odessa vilayətinin başçısı Mixail Saakaşvili həbs olunmalıdır.

Reaksiya.az-ın reporta istinadən verdiyi xəbərə görə, Estoniyada səfərdə olan Qaribaşvili bildirib ki, Gürcüstanda çevrilişə cəhd edən Saakaşvilinin "yeri həbsxanadır".

Baş nazir hesab edir ki, Gürcüstan vətəndaşlarının əksəriyyəti də onun mövqeyini paylaşır: "Mixail Saakaşvilinin dövlət əleyninə fəaliyyəti ilə bağlı kifayət qədər dəlil toplanıb. Onun siyasətdə yeri yoxdur".

Şərhlər

Çox oxunanlar