Obamanın sözçüsü Ərdoğanı tənqid etdi

03.11.2015 01:50     Dünyadan reaksiya     2061

ABŞ prezidentinin sözçüsü Coş Ernest Türkiyə hakimiyyətini “seçkiqabağı jurnalistlərlə davranışa görə” tənqid edib.

Reaksiya.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Ağ Ev təmsilçisi seçkiqabağı kampaniyalar zamanı Türkiyə hökumətinə müxalif əhvvallı KİV-lər və ayrı-ayrı jurnalistlərin təzyiq və təhdidlərə məruz qaldığını deyib.

“Biz açıq və xüsusi şəkildə Türkiyədə mətbuat, söz və toplaşma azadlıqları ilə bağlı narahatlığımızı ifadə etmişik”, - deyə Coş Ernest Ankaranın “beynəlxalq demokratik dəyərlərə hörmət etməyə” çağırıb.

Şərhlər

Çox oxunanlar