Son 10 ildə azı 700 jurnalist öldürülüb - BMT

03.11.2015 02:38     Dünyadan reaksiya     1791

 BMT-nin baş katıbi Pan Gi Mun son on il ərzində dünyada 700-dən çox jurnalistin qətlə yetirildiyini deyib.

Reaksiya.az-ın "Ria Novosti"yə istinadən verdiyi xəbərə görə, Pan Gi Mun bildirib ki, mətbuat orqanlarının əməkdaşları əsasən "sifariş" əsasında və ya münaqişə zonalarında öldürülüb.

"Ortalama hesabla hər beş gündə bir jurnalist qətlə yetirilir. Onlardan bir qismi mərdliklə münaqişə bölgələrində ölüblər, digərlərini isə susmağa məcbur ediblər", - deyən baş katıb, hər 10 jurnalist ölümünüdən yalnız birinin araşdırıldığını ifadə edib.

Şərhlər

Çox oxunanlar