Rusiya təyyarəsinin qəzaya uğradığı ərazidə 111 nəfərin pasportu tapılıb
03.11.2015 02:55 Dünyadan reaksiya 1774
Misirdə Rusiya təyyarəsinin qəzaya uğradığı ərazidə Ukrayna və Belarus vətəndaşları daxil olmaqla 111 nəfərin pasportu tapılıb. Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya FHN-in Yanğınsöndürmə-Xilasetmə Departamentinin rəisi Aleksandr Aqafonov bildirib.
“Bu vaxtadək 15 kv km. ərazidə axtarış aparılıb. Sərnişinlərin şəxsi əşyaları helikopterlərlə Qahirəyə aparılıb, oradan isə Peterburqa göndəriləcək. Əşyalar arasında, ümumilikdə, Ukrayna və Belarus vətəndaşları daxil olmaqla 111 nəfərin pasportu aşkarlanıb”, deyə Aleksandr Aqafonov bildirib.
Şərhlər