ABŞ: Gürcüstanın NATO-ya üzv olmasına tərəfdarıq

03.11.2015 03:23     Dünyadan reaksiya     1681

Amerika Birləşmiş Ştatları Gürcüstanın NATO-ya daxil olmasına tərəfdardır. Reaksiya.az-ın reporta istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibinin birinci müavini Toni Blinken Gürcüstanın Xarici İşlər Naziri Georgiy Kvirikaşvili ilə görüşü zamanı deyib.

2008-ci ildə Buxarestdə keçirilən NATO sammitinin qərarlarını xatırladan Blinken, Gürcüstanın quruma üzv qəbul edilməsinə dair öhdəliyin mövcud olduğunu vurğulayıb. "Biz bu öhdəliyi yerinə yetirməyə hazırıq və Gürcüstanı dəstəkləyirik", - deyə ABŞ rəsmisi vurğulayıb.

Şərhlər

Çox oxunanlar