“ABŞ-ı yalnız Rusiya məhv edə bilər”
03.11.2015 03:52 Dünyadan reaksiya 1704
Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ Quru Qoşunlar qərargahının rəisi general Mark Milli deyib.
Məlumata görə, təhlükəsizlik məsələlərinə həsr olunan konfrans zamanı aparıcı generaldan ABŞ üçün əsas təhlükələr barədə məlumat verməsini xahiş edib. Qeyd edək ki, aparıcı İŞİD və Rusiyanın ABŞ üçün təhlükə yaratdığını da bildirib.
“Mən Rusiyanı ABŞ üçün bir nömrəli təhlükə hesab edirəm. ABŞ-ı məhv edə biləcək yeganə ölkə varsa, o da Rusiyadır. Başqa ölkələrdə nüvə silah var, lakin Rusiyada olduğu qədər yoxdur. Ruslarda bunu etmək üçün imkanlar və nüvə silahı var”, deyə general Milli qeyd edib.
O qeyd edib ki, “tək imkanların olması azdır, onlar niyyətlə tamamlanmalıdır, bizim isə onların niyyəti barədə məlumatımız yoxdur”.
“Berlin divarı aşırıldıqdan sonra 2008-ci ilədək Rusiya digər ölkələrə qarşı aqressiv münasibət nümayiş etdirməyib. İndi isə bu baş verir”, deyə qeyd edən general Rusiyanın davranışının ABŞ –ın maraqlarına zidd olduğunu vurğulayıb.
Şərhlər