Gecə klubundakı yanğın nəticəsində ölənlərin sayı 31-ə çatıb
03.11.2015 04:41 Dünyadan reaksiya 1799
Rumıniyanın paytaxtı Buxarestdə “Colectiv” gecə klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 31-ə çatıb, 200 nəfər xəsarət alıb.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan üçü ötən gün xəstəxanada keçinib.
Hadisə zamanı gecə klubunda 400-dən çox adam olub.
Qeyd edək ki, oktyabrın 31-nə keçən gecə köhnə ayaqqabı zavodunun binasında yerləşən “Colectiv” gecə klubunda güclü yanğın baş verib. Yanğına səbəb konsert zamanı buraxılan fişənglər olub.
Şərhlər