Suriyaya göndərilən ABŞ hərbçiləri İŞİD-lə döyüşməyəcək
03.11.2015 05:40 Dünyadan reaksiya 1901
ABŞ-ın Suriyaya göndərdiyi xüsusi təyinatlı birləşmələrin hərbi məsləhətçiləri quru əməliyyatlarında iştirak etməyəcəklər.
Reaksiya.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Barak Obama bəyan edib.
O vurğulayıb ki, ABŞ-ın Suriyaya göndərdiyi hərbi mütəxəssislərin əsas vəzifəsi “İslam dövləti” (İŞİD) qruplaşmasına qarşı mübarizə aparan qüvvələrə təlim keçmək, konsultasiya və yardım göstərməkdir.
Onun sözlərinə görə, İraqda olduğu kimi, üz-üzə quru döyüşləri Suriya problemini həll etməyəcək.
Şərhlər