Səudiyyə polisi AKP-liləri həbs etdi
03.11.2015 08:39 Dünyadan reaksiya 1803
Türkiyədə bazar günü keçirilən növbədənkənar parlament seçkisindən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) zəfərlə çıxmasını Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki bir qrup türk özlərinə məxsus formada qeyd etməyə çalışıb. Reaksiya.az-ın anspress-ə istinadən məlumatına görə, 13 nəfər Türkiyə vətəndaşı AKP-nin qələbəsi münasibəti ilə “Uhud” şəhidlər xiyabanından Mədinə ətrafı yola qədər yürüş ediblər.
Hər hansı bir insident qeydə alınmasa da, aksiyaçılar dağılışmaq istəyəndə Mədinə polisi onları saxlayaraq nəzarətə götürüb. Bazar gecəsi yerli vaxtla saat 00:00-da saxlanılan aksiyaçılar 17 saat polis nəzarətində qalıblar. Onlar ancaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Səud rəsmilərinə vurduğu telefon zəngindən sonra azadlığa buraxılıblar.
Şərhlər