Təyyarə qəzasında ölənlərin Rusiyaya gətirilməsi davam edir
03.11.2015 08:09 Dünyadan reaksiya 1982
Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Rusiya FHN-nə məxsus “İL76” tipli təyyarə ilə qəzada ölənlərin pasport və şəxsi əşyaları, həmçinin, cəsədlərin qalıqları gətirilib. Cəsədlər məhkəmə-tibbi ekspertizanın aparılması və yaxınları tərəfindən tanınması üçün istintaq orqanlarına təhvil veriləcək.
Qeyd edək ki, Misirdəki qəzanın qurbanlarının cəsədlərini daşıyan birinci təyyarə noyabrın 2-də Peterburqda enib. Məlumata görə, birinci təyyarə ilə 130-dan çox meyit və 40-dan çox cəsəd fraqmenti gətirilib.
Bundan əvvəl ölənlərdən 96 nəfərin cəsədinin Sankt Peterburq morquna gətirildiyi bildirilib. Onlardan altısı yaxınları tərəfindən tanınıb.
Cəsədlərin tanınması proseduru noyabrın 3-nə keçirilib.
Xatırladaq ki, oktyabrın 31-də "Koqalımavia" şirkətinə məxsus təyyarə Misirdə qəzaya uğrayıb. Göyərtədə olan 224 nəfərin hamısı ölüb.
Şərhlər