Vulkan püskürməsi uçuşların dayandırılmasına səbəb oldu
03.11.2015 07:57 Dünyadan reaksiya 1774
Avstraliyaya məxsus aviaşirkətlər İndoneziyanın Bali adasına nəzərdə tutulan bütün səfərləri təxirə salıblar. Reaksiya.az-ın reporta istinadən verdiyi xəbərə görə, buna səbəb Rindjadi vulkanının püskürməsi olub.
"Virgin Australia" və "Jetstar" şirkətlərinin nümayəndələri bildiriblər ki, adaya təyyarə səfərlərinin təşkili təhlükəsiz deyil. Belə ki, bu günə nəzərdə tutulan azı 16 aviareys baş tutmayacaq.
Uçuşların yenidən başlayacağı tarix isə məlum deyil.
Şərhlər