Seçkini uduzan partiyada kütləvi istefalar
03.11.2015 07:33 Dünyadan reaksiya 1922
Ərzurumun Narman rayon rəhbəri, MHP üzvü Seyfullah Kılıç vəzifəsindən istefa etdiyini bildirib.
Reaksiya.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kılıç istefasına səbəb olaraq partiya sədri Dövlət Baxçalını göstərib:
“İstefa səbəbimvəzifə məsuliyyətindən qaçan, 1940 –cı illərin siyasətini icra edən və heç bir şəkildə irəliləməyən Dövlət Baxçalıdı. Bu gündən etibarən sevdiyim vəzifəmdən uzaqlaşıram, istefa verirəm”.
Həmçinin Çanaqqala şəhər rəhbəri və Balıkəsir rayon rəhbərləri olan MHP üzvləri də oxşar səbəblərdən vəzifələrindən istefa veriblər.
Şərhlər