Əl Qaidə liderindən “Rusiyaya qarşı birləşin" çağırışı

03.11.2015 11:31     Dünyadan reaksiya     1990

Əl Qaidə liderinə aid olduğu qeyd olunan səs yazısında "cihadçılara" səslənən Eymen Zəvahiri, "ABŞ və Rusiyanın Suriya və İraqdakı hücumlarına qarşı birləşin" çağırışını edib.

Reaksiya.az Reuters – in xəbərinə istinadən bildirir ki, Zəvahiri, "cihadçı" qruplara aralarındakı problemləri bir kənara qoyub Rusiyaya qarşı gücləri birləşdirməklə çağırış edib. Səs yazısında Zəvahiri, bildirib ki, ABŞ, Rusiya, İran, Nusayrilər və Livan Hizbullahı onlara qarşı koordinasiya qurur: “Biz onlara qarşı gücümüzü birləşdirmək üçün aramızdakı münaqişələrə son qoymalıyıq".

Bütün dünyadakı və bütün qruplardakı cihadçılara səslənən Zəvahiri çıxışına belə davam edib:

"Amerikanın, Avropanın, Rusiyanın, Rafizilərin və Nusayrilərin hücumu altındayıq. Buna görə də Şərqi Türküstandan Mərakeşə kimi olan ərazilərdə İslam ümmətinə qarşı olan bu şeytani ittifaqa qarşı birlikdə mübarizə aparmalıyıq”.

Misirin Sina Yarımadasında aktiv olan və IŞİD - ə bağlılığını açıqladıqdan sonra adını Ənsarül- Beytül Maqdiqdən Sina əyalətinə çevirən bir təşkilat, içində 224 sərnişi ilə birlikdə Misirdə qəzaya uğrayan Rusiya təyyarəsində məsuliyyəti öz boynuna götürmüşdü. Təşkilatın bu iddiasını rədd edən Rusiya, təyyarənin vurulması ilə bağlı sübutun olmadığını söyləmişdi.

Şərhlər

Çox oxunanlar