Hər 10 dəqiqədən bir vətənsiz uşaqlar doğulur
03.11.2015 12:55 Dünyadan reaksiya 2568
Etnik kimlik, din, müharibələr, qaçqınlıq kimi səbəblərə görə hər hansı bir yerə aid ola bilməyən insanların məskunlaşdığı 20 ölkədə hər il ən az 70 min vətəndaşlığı olmayan uşaq dünyaya gəlir
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK), dünyada hər 10 dəqiqədə bir vətəndaşlığı olmayan uşağın doğulduğunu açıqlayıb.
Reaksiya.az xəbər verir ki, BMT QAK –ın "Vətənsiz Uşaqlar" hesabatı paylaşılıb. 250-dən çox vətəndaşlığı olmayan uşaq və onların ailələriylə keçirilən görüşlərdən sonra hazırlanan hesabatda təşkilat, vətəndaşlığı olmayan uşaqların az qala hamısının "ayrı-seçkilik, xəyal qırıqlığı və ümidsizlik" kimi duyğuları paylaşdığını qeyd edib.
Hesabatda 7 ölkədə görüşdükləri vətəndaşlığı olmayan uşaqların bir çoxunun özünü "dəyərsiz,lazımsız, xarici, bəzilərinin kölgəsində yaşayan, küçə iti" kimi təqdim etdiyi bildirilib.
Vətənsiz insanların təhsil, səhiyyə və biznes sahələrində "keçilməz maneələrlə" qarşı-qarşıya qaldığı ifadə edilən hesabatda, vətənsizliyi uşaq və gənclər ilə ailələri üzərində "psixoloji tramvalar" yaratdığı ifadə edilib.
Hesabata görə, etnik kimlik, din, müharibələr, qaçqınlıq kimi səbəblərdən hər hansı bir yerə aid ola bilməyən insanların məskunlaşdığı 20 ölkədə hər il ən az 70 min vətəndaşlığı olmayan uşaq dünyaya gəlir. Ümumilikdə dünyada isə hər 10 dəqiqədə bir vətəndaşlığı olmayan uşaq doğulur. 30-dan çox ölkədə doğum haqqında şəhadətnaməsi olmayan uşaq səhiyyə xidmətindən istifadə edə bilmir, ən azı 20 ölkədə isə vətəndaşlığı olmayan uşaqlar peyvənd oluna bilmir.
Şərhlər