BMT baş katibinin elçisi Suriya üçün Moskvaya gedir
03.11.2015 13:02 Dünyadan reaksiya 2065
Rusiya XİN başçısı Lavrov noyabrın 4-də BMT baş katibinin xüsusi elçisi Stefan de Mistura ilə görüşəcək.
Reaksiya.az xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, görüş zamanı Suriya məsələsi müzakirə olunacaq. Zaxarova görüşün Moskvada baş tutacağını qeyd edib.
Qeyd edək ki, oktyabrın 30-da Vyanada keçirilən danışıqlarda Suriya böhranının siyasi proses yolu ilə nizamlanması və bu prosesin BMT-nin qəyyumluğu altında həyata keçirilməsi barədə razılıq əldə olunmuşdu.
Şərhlər