Sərhədləri bağlamaq Avropada müharibə çıxaracaq - Merkel

03.11.2015 13:34     Dünyadan reaksiya     1961

Almaniya kansleri Angela Merkel Darmştadt şəhərindəki çıxışında Macarıstanın sərhədləri bağlaması ilə Qərbi Balkanlarda yaranmış vəziyyətə toxunub.

Reaksiya.az xəbər verir ki, Merkel vəziyyətin tezliklə daha da gərginləşəcəyini bildirib.

O, sərhədləri bağlamağın Avropada ölkələr arasında silahlı toqquşmalara gətirib çıxaracağından narahat olduğunu vurğulayıb. Onun fikrincə, sərhədləri bağlamaq çıxış yolu deyil.

Lakin Merkel əminliklə bildirib ki, tezliklə miqrant böhranından çıxış yolu tapılacaq.

Şərhlər

Çox oxunanlar