İŞİD artıq Xorasanda uşaqlara əl atıb - FOTOLAR
03.11.2015 13:36 Dünyadan reaksiya 2399
Əfqanıstanın Qunar əyalətində fəaliyyətini artıran İŞİD yeniyetmələrə silah təlimi keçir
Əfqanıstanda qeyri-sabit təhlükəsizlik vəziyyəti, Talibanın öz içindəki kiçik, amma getdikcə böyüyən ayrılıqları, bölgədə İŞİD yaraqlılarının daha çox aktivləşməsinə səbəb olur.
Ələxsus da Xorasan bölgəsi bu təhlükəni daha çox yaşayır. Burdakı İŞİD başçısı Gül Dali Qunar əyalətində yoldaşları və ailəsi ilə fotoşəkillər çəkdirib və sosial şəbəkədə paylaşıb.
Reaksiya.az xəbər verir ki, IŞİD Qunarda uşaqlara silahdan istifadəni və bomba istehsalını öyrədir. Hələlik sayları az olsa da, Taliban lideri Molla Ömərin ölümündən sonra regionda xalq İŞİD - ə ciddi mənada dəstək verir.
Şərhlər