Olland Putini xüsusi olaraq dəvət etdi

03.11.2015 15:05     Dünyadan reaksiya     2134

Fransa prezidenti Fransua Olland Rusiya prezidenti Vladimir Putini Parisdə keçiriləcək BMT-nin İqlim Sammitində iştirak etmək üçün şəxsən dəvət edib.

Reaksiya.az xəbər verir ki, prezident bu barədə “Europe 1” radiosuna açıqlama verib.

O, qeyd edib ki, "Vladimir Putini sammitə şəxsən dəvət etdim, çünki bəzi məsələlərdə fikir ayrılığı yaşaya bilərik, amma iqlim dəyişikliyi məsələsində birlik olmalıyıq. Çünki bu problem bütün bəşəriyyəti maraqlandırır".

Qeyd edək ki, Kremlin sözcüsü Dmitri Peskov 30 noyabr -11 dekabr tarixləri arasında keçiriləcək sammitdə Rusiyanın yüksək səviyyədə təmsil olunacağını açıqlayıb.

Şərhlər

Çox oxunanlar