Liderlər arasında 66 ildən sonra ilk görüş
04.11.2015 00:36 Dünyadan reaksiya 1784
Sinqapurda Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin və Tayvan prezidenti Ma İntzsyu arasında görüş keçiriləcək.
Reaksiya.az-ın məlumatına görə, bu barədə “The Guardian” qəzeti Tayvan liderinin nümayəndəsinə istinadən yazıb.
Bu, 1949-cu ildən bəri, vətəndaş müharibəsindən sonra Çin və Tayvan liderlərinin ilk görüşüdür. “Tərəflər birgə maraq doğuran məsələləri müzakirə edəcək. Görüşün məqsədi iki ölkə arasında sülh və əmin-amanlığı təmin etməkdir”, deyə Ma İntzsyunun nümayəndəsi bildirib.
Onun sözlərinə görə, görüşdə hər hansı sənədin imzalanması nəzərdə tutulmayıb. Tərəflər mətbuat üçün açıqlama da verməyəcəklər.
Şərhlər