Xəbər aparıcısı işdən qovuldu

04.11.2015 03:54     Dünyadan reaksiya     1593

Həftə sonu TRT-də yayımlanan “Haber tadında” informasiya proqramının aparıcısı Özge Uzun vəzifəsindən uzaqlaşdırılıb.

Reaksiya.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 1 ildir çalışdığı kanal teleaparıcını işdən qovub, onun yerinə İnci Ertuğrul vəzifələndirilib.

“TRT-də çalışdığım üçün məni təhqir edənlərin, orada işə layiq olmadığımı deyənlərin qarşısında susdum. İşimi peşəkarcasına yerinə yetirdim, ən reytinqli xəbər proqramı statusu aldım. Bu gün alınan qərarla işimə son verildi”,- deyə teleaparıcı sosial şəbəkədə məlumat yayıb.

Şərhlər

Çox oxunanlar