İki jurnalist həbs olundu - İranda
04.11.2015 04:06 Dünyadan reaksiya 1660
Sabiq İslami İrşad və Mədəniyyət nazirinin müavini, jurnalist İsa Səhərhiz və “Ferihtegan” qəzetinin sədr müavini Mazəndərani həbs olunub.
Reaksiya.az qafqazinfo.az-a istinadən xəbər verir ki, onlar rejimə qarşı təbliğat aparmaq və dini lider Xomeynini təhqir etməkdə ittiham olunurlar.
Hər iki jurnalistlə bağlı rəsmi açıqlama verilməyib.
İsa Səhərhizin oğlu Mehdi Səhərhiz sosial şəbəkədə atasının 7 İran əsgəri tərəfindən zorla apardığını bildirib.
Şərhlər