Ruhanidən Ərdoğana təbrik mesajı

04.11.2015 05:50     Dünyadan reaksiya     1798

İran İslam respublikasının prezidenti Həsən Ruhani türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Reaksiya.az-ın anspressə istinadən məlumatına görə, bu barədə İran prezident administrasiyasının rəsmi saytında məlumat yayılıb. Seçkilərin nəticələrinə görə Ərdoğanı təbrik edən Həsən Ruhani dost və qardaş Türkiyəyə müvəffəqiyyətlər arzuladığını bildirib:
 “Qardaş və dost Türkiyə xalqına uğurlar arzulayıram. Uğurlu keçmiş seçki münasibəti ilə şəxsinizi, Türkiyə hökumətini və millətini təbrik edirəm. Daha güclü bir hökumət qurulması üçün Türkiyə xalqının seçkidə yüksək səviyyədə iştirak etməsi millətin aydın gələcəyə olan inamının nümayişidir. Bu səbəbdən iki qonşu ölkə münasibətlərinin daha da qüvvətlənib inkişaf etməsini ümid edirəm. Allahdan şəxsinizə can sağlığı və müvəffəqiyyət, qardaş və dost Türkiyə xalqına uğurlar arzulayıram.” – deyə Həsən Ruhani təbrik mesajında bildirib. 

Şərhlər

Çox oxunanlar