Rusiya İŞİD-in Əfqanıstanda möhkəmlənməsindən narahatdır

04.11.2015 09:59     Dünyadan reaksiya     2129

Rusiya “İslam dövləti” (İŞİD)  qruplaşmasının Əfqanıstanın şimalında – Türkmənistan və Tacikistan sərhədlərində fəallaşmasından narahatdır.

Reaksiya.az xəbər verir ki, bu barədə  Rusiyanın müdafiə nazirinin müavini Anatoliy Antonov ASEAN ölkələrinin müdafiə nazirlərinin toplantısında bildirib.

Nazir müavini qeyd edib ki, İŞİD artıq Əfqanıstanın 34 vilayətindən 25-də möhkəmlənib, nüfuzu getdikcə artır.

Onun sözlərinə görə, qruplaşmanın getdikcə güclənməsi Əfqanıstanın sabitliyi üçün də böyük narahatlıq yaradır.

Şərhlər

Çox oxunanlar