Bolqarıstandan Rusiyaya “Türk axını” təklifi
20.06.2015 12:48 Dünyadan reaksiya 2208
Rusiya enerji naziri Aleksandr Novak Bolqarıstanın “Türk axını”ndan gələcək qaz üçün öz torpaqlarında qaz stansiyaları qurmaq istədiyini söyləyib.
Sankt Peterburqda keçirilən Beynəlxalq İqtisadiyyat Forumunda jurnalistlərə açıqlama verən Rusiya enerji naziri Novak Bolqarıstan Enerji naziri Temenuzhka Petkova ilə keçirdiyi görüş haqqında məlumat verib.
Novak bildirib ki, Bolqarıstan öz ərazisində qaz ehtuiyatı stansiyaları inşa etmək təklifini yeniləyib. Həmin stansiyaların Türkiyə-Bolqarıstan sərhədində yox, Bolqarıstan torpaqlarında qurulması təklif edilir"- deyib.
Oxşar təklifin 6 ay bundan əvvəl də edildiyini xatırladan Novak Rusiyanın məsələ ilə bağlı düşüncəsinə açıqlama vermədi.
Şərhlər