ABŞ Gürcüstanın NATO-ya üzv olmasını istəyir - AÇIQLAMA

04.11.2015 10:23     Dünyadan reaksiya     1925

ABŞ dövlət departamenti Gürcüstanın NATO-ya üzv olması istiqamətində gedən prosesdən razıdır.

Reaksiya.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Vaşinqtonda baş tutan ikitərəfli komissiyanın yekunları ilə bağlı ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir.

“Hər iki tərəf Gürücstanın avroatlantik meylinin reallaşmasındakı proqresi qeyd ediblər. ABŞ Gürcüstanın NATO-ya üzv olması məqsədini vurğulayıb və bu yolda öz dəstəyini ifadə edib”, - deyə açıqlamada qeyd olunur.

Gürcüstanda aparılan “intensiv islahatlar və əldə olunan proqres” Vaşinqton tərəfindən müsbət dəyərləndirilib, Gürcüstan sərhədlərində transmilli cinayətkarlığa qarşı mübarizəsi və təhlükəsizlik sahəsində yenidənqurmanın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Şərhlər

Çox oxunanlar