Tehranda "Halal KFC" cəmi bir gün işlədi
04.11.2015 11:53 Dünyadan reaksiya 2007
İranın paytaxtı Tehran şəhərində açılan “Fast food” şəbəkəsi KFC-nin şöbəsi bir günlük fəaliyyətdən sonra bağlanıb.
Reaksiya.az xəbər verir ki, KFC-nin bağlanmasına səbəb olaraq icazəsiz açılması göstərilib.
Qeyd edək ki, ötən həftə İran hökumətinin KFC-yə “Halal KFC" adı ilə şöbə açmasına icazə verdiyi haqda məlumat yayılmışdı.
Şərhlər