Türkiyənin XİN başçısı İraqda kürd lideriylə görüşdü
04.11.2015 12:05 Dünyadan reaksiya 1932
Türkiyə xarici işlər naziri Firudin Sinirlioğlu və İraq Kürdüstan Muxtariyyətinin baş naziri Məsud Bərzani ilə görüşüb.
Reaksiya.az xəbər verir ki, görüş Ərbil şəhərində baş nazirin iqamətgahında mətbuata qapalı formada keçirilib.
Görüşdən sonra bəyanat dərc olunaraq Sinirlioğlu ilə Bərzaninin regiondakı prosesləri və ikitərəfli münasibətləri müzakirə etdiyi açıqlanıb.
Sinirlioğlu ikitərəfli əlaqələrin inkişafında Türkiyənin maraqlı olduğunu vurğulayıb: "Türkiyə ilə Kürdüstan bölgəsi arasında əməkdaşlıq hər bir sahədə genişləndirilməlidir. Xüsusən, bölgədə terrorun kökünün tamamilə qurudulması üçün əməkdaşlıq vacibdir. Türkiyə Kürdüstan bölgəsini sabitliyin faktoru kimi görür. Bu səbəblə iki tərəf arasındakı əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir və faydalıdır".
Bərzani noyabrın 1-də parlament seçkilərinin uğurla keçməsi münasibətilə Türkiyə xalqını təbrik edib: “Yeni hökumətin ən qısa müddətdə qurulmasını və Türkiyə ilə Kürdüstan arasındakı əlaqələrin güclənərək davam etməsininin tərəfdarıyıq. İqtisadi və siyasi böhranı da nəzərə alaraq dialoq və müzakirə yolu ilə problemləri həll etməyə cəhd göstəririk”.
Xarici İşlər Naziri səfər çərçivəsində Kürdistanın digər rəsmiləri ilə də görüşəcək.
Şərhlər