SSRİ-nin dağılması barədə istintaq başlasın! - Rusiyalı deputat

04.11.2015 12:18     Dünyadan reaksiya     2308

Rusiyanın dağılmasının qanuni olub-olmaması barədə yoxlamaların və istintaqın başlaması tələb olunur.

Reaksiya.az xəbər verir ki, bu tələbi Rusiya Dövlət Dumasının üzvü Yevgeniy Fyodorov gündəmə gətirib.

2014-cü ildə də oxşar tələblə çıxış edən Fyodorov bu məsələnin yeninən aktuallaşmasının, Qorbaçovun sərəncamları timsalında qanunsuz qərarların araşdırılmasını irəli sürür.

O, Rusiya Baş Prokurorluğuna müraciət edərək, “SSRİ-nin dağlmasının humanitar fəlakət olması” barədə prezident Putinin sözlərinin də əsas götürülməsini və Sovet İttifaqının süqutu ilə bağlı cinayət işi açılmasını tələb edib.

Şərhlər

Çox oxunanlar