Prezidentlik sistemi yenidən gündəmdə - Referendum gözlənilir
04.11.2015 13:21 Dünyadan reaksiya 1992
Türkiyə Cümhuriyyətinin parlament respublikasından prezidentlik sisteminə keçməsi məsələsi hələ Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu vaxtlarda danışdığı məsələdir və bu, şəxsi bir şey deyil.
Reaksiya.az xəbər verir ki, bu açıqlama ilə bağlı Türkiyə prezidentinin mətbuat xidmətinin rəhbəri İbrahim Kalın çıxış edib.
“Tayyib Ərdoğan tarixə keçmiş bir liderdir, fərdi gözləntisi yoxdur. Başçılıq sistemi ilə əlaqədar müzakirələr onun öz gələcəyi ilə əlaqədar qayğısından doğmur. Prezidentlik quruluşu Türkiyəyə faydalı bir model olaraq düşünülməkdədir”, - deyə Çankaya köşkünün sözçüsü vurğulayıb.
Onun sözlərinə görə, prezidentlik sistemi Türkiyəni yeni mərhələyə keçirəcək.
“Prezidentlik sistemi təkrardan millətimizə soruşulacaq” – deyən İ.Kalın qeyd edib ki, bu istiqamətdə referendum istisna olunmur.
İbrahim Kalın prezident Ərdoğanın MHP lideri Dövlət Bahçeli ilə gizli bir görüş keçirdiyinə dair iddialara da cavab verib: “Hörmətli Ərdoğan ilə hörmətli Bahçeli arasında bir görüş olmayıb.Prezident Ərdoğan haqqında yalnış məlumatlar yayaraq siyasətlə məşğul olduqlarını zənn edənlər 1 noyabr nəticələrini yaxşı oxusunlar. Dövlət başçısı olaraq, prezidentimizin birinci prioriteti bu millətin əmin-amanlığıdır, bu dövlətin taleyini, bu ölkənin gələcəyini zəmanət altına almaqdır”.
Qeyd edək ki, Türkiyə Cümhuriyyəti hazırda parlament respublikasıdır və Ərdoğan tərəfdarları dövlət quruluşunun Azərbaycanda olduğu kimi prezidentlik sisteminə keçməsini istəyirlər.
Şərhlər