ABŞ ilk dəfə olaraq raketli dronlar satır - İtaliyaya
04.11.2015 18:46 Dünyadan reaksiya 1867
ABŞ Dövlət Departamenti İtaliyanın iki ədəd tamamilə silahlandırılmış pilotsuz uçuş aparatı (PUA) almaq barədə sorğusunu təsdiqləyib.
Reaksiya.az xəbər verir ki, İtaliya ABŞ-dan iki ədəd MQ-9 dronunu “Hellfire” raketləri, bombalar və digər lazımi silah-sursatla birlikdə alacaq. Sövdələşmənin qiyməti 129,6 milyon ABŞ dolları olaraq göstərilir.
Qeyd olunur ki, bu, ABŞ-ın tamamilə silahlanmış dronlar satmasına dair ilk dövlətlərarası sövdələşməsi olacaq.
Şərhlər