Yəməndə gələcəyində qətiyyən İRAN yoxdur - TƏHLİL

20.06.2015 14:23     Dünyadan reaksiya     2066

Bunu Reaksiya.az –a açıqlamasında mərkəzi Dubayda yerləşən Körfəz Ölkələri Araşdırma Mərkəzi mütəxəssislərindən Mustafa Alani bildirib. O, qeyd edib ki, İranın işğalçılıq və müdaxiləçi siyasətinin Riyadda dərin narahatlıqlara yol açsa da, ancaq Səudiyyə Ərəbistanının İsrail ya da Türkiyə ilə birlikdə İrana qarşı ortaq hərəkətə keçməsi mümkün deyil:  “Səudiyyə Ərəbistanının və İranın Yəməndəki siyasətlərini təsirsiz hala gətirə biləcək gücə sahibdir. Riyad və koalisiya qüvvələri Yəməni mühasirəyə alıb, İranın üsyançı Husilərə göndərəcəyi bütün yardımları əngəlləyirlər. Buna görə də İran, Yəməndə təsirli olma imkanına sahib deyil. Tehranın Yəmənin gələcəyində bir rol oynaya biləcəyini düşünmürəm. Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri tərəfindən həyata keçirilən əməliyyat çox təsirli oldu, İranın Yəməndə yeni bir Hizbullah meydana gətirməsinin önünə keçdi. Nəticə olaraq İran, bəlkə Yəmənin keçmişində vardı, amma bu günündə və sabahında olmayacaq".

Şərhlər

Çox oxunanlar