Pakistanda bina uçdu - 18 ölü, 70 yaralı

05.11.2015 01:10     Dünyadan reaksiya     1687

Pakistanın Lahor şəhərində fabrikin damı uçub, nəticədə 18 nəfər ölüb.

Reaksiya.azın APA-ya istinadən verdiyi xəbərə görə, yerli “Nation” nəşrinin məlumatına əsasən, 200 nəfər hələ də uçqun altında qalıb. Hadisə yerinə 160 xilasedici cəlb olunub.

Məlumata görə, insident nəticəsində 70 nəfər xəsarət alıb.  

Hadisə üç mərtəbəli fabrikdə təmir işləri zamanı binanın dam örtüyü fəhlələrin üstünə uçub.   

 

Şərhlər

Çox oxunanlar