Suriyada hökumət qüvvələrinə məxsus təyyarə vurulub
05.11.2015 01:37 Dünyadan reaksiya 1535
Suriya üsyançıları hava hücumundan müdafiə (HHM) sisteminin köməkliyi ilə hökumət qüvvələrinə məxsus hərbi təyyarəni vurublar.
Reaksiya.az reporta istinadən xəbər verir ki, bu barədə Londonda yerləşən İnsan Hüquqlarına Riayət Olunması üzrə Suriya Monitorinq Mərkəzinə istinadən "Reuters" məlumat yayıb.
"Azad Suriya Ordusu" qruplaşmasının bayrağı altında hökumətə qarşı döyüşən müxalifət təmsilçiləri təyyarəni vurduqlarını təsdiqləyiblər.
"Biz Kafr Nabuda yaxınlığında üsyançıların mövqelərini bombalayan "MiQ" təyyarəsini hədəfə aldıq", - deyə mənbə bildirib və qeyd edib ki, nəticədə üsyançılar HHM sisteminin vasitəsi ilə təyyarəni vurmağa müvəffəq olublar.
Agentliyin həmsöhbəti pilotun aqibəti barədə heç nə bilmədiyini və çox güman ki öldüyünü bildirib.
"Zərbələrdən biri təyyarəyə tuş gəldi və biz tüstü gördük, daha sonra o, hökumət qüvvələrinin nəzarəti altında olan ərazidə yerə düşdü", - deyə üsyançıların nümayəndəsi qeyd edib.
Şərhlər