NATO-nun 9 ölkəsi Rusiya əleyhinə sənəd imzalayıb

05.11.2015 04:55     Dünyadan reaksiya     1838

Şərqi və Mərkəzi Avropa ölkələri hərbi əməkdaşlığı möhkəmləndirəcək. Reaksiya.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, belə bir bəyanat bu gün Rumıniyanın paytaxtı Buxarestdə keçirilən mini-NATO sammitində qəbul edilən birgə bəyannamədə əksini tapıb. 
 
Sənəddə qeyd olunur ki, görüşün iştirakçı ölkələri – Polşa, Rumıniya, Slovakiya, Çexiya, Bolqarıstan, Macarıstan, Latviya, Litva və Estoniya Şərqi və Mərkəzi Avropada daimi hərbi mövcudluq üçün öz səylərini birləşdirir.
 
“Bu, Krımın Rusiya tərəfindən qanunsuz ilhaqına cavabdır – hansı ilhaq ki, bütöv qitənin təhlükəsizliyini təhlükə altına alıb” – sənəddə qeyd olunur. Sözügedən dövlətlər həmçinin, NATO ilə Avropa Birliyi arasında əməkdaşlığı möhkəmləndirməyin zəruriliyini bəyan edib.
Mini-sammitə yekun vuran Polşa prezidenti Anjey Duda sənədi alyansın digər üzvlərinin də NATO-nun gələn ilin yayında Varşavada keçirilən sammitində imzalaya biləcəyini bildirib. 

Şərhlər

Çox oxunanlar