Meksikada marixuananın istifadəsi leqallaşıb
05.11.2015 06:14 Dünyadan reaksiya 1618
Meksika Ali Məhkəməsi marixuananın şəxsi məqsədlər üçün becərərək istifadə etməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib. Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “NewYorkTimes” məlumat yayıb.
Sənəd marixuananın satışını və narkotik vasitələrin digər növlərinin istifadəsini nəzərdə tutmur.
Bundan əvvəl ABŞ prezidentliyinə namizəd, ölkənin sabiq dövlət katibi Xillari Klinton teledebatlar zamanı marixuananın ölkədə leqallaşdırılmasına qarşı olduğunu bildirib. Onun rəqibi, prezident postuna ən yaşlı namizəd Berni Sanders isə marixuananın leqallaşdırılmasını dəstəklədiyini bildirib.
Şərhlər