İranla əməkdaşlıq edən bank yüksək məbləğdə cərimələndi
05.11.2015 05:41 Dünyadan reaksiya 1771
Amerika Birləşmiş Ştatları qanunvericiləri Almaniyanın "Deutsche Bank" şirkətini cərimələyiblər. Reaksiya.az-ın anspressə istinadən məlumatına görə, cərimə məbləği 285 milyon dollar təşkil edir. BBC telekanalının verdiyi məlumatda bildirilir ki, cəriməyə sözügedən bankın İranla əməkdaşlıq etməsi səbəb olub.
Amerika hökumətinin Suriya və İrana qarşı tətbiq etdiyi bir sıra maliyyə sanksiyaları ilə əlaqədar bu ölkələrlə bank əməkdaşlığı etmək qadağan olunub.
Bank, həmçinin, Nyu York ştatının bir sıra qanunlarını pozub və buna görə də əlavə cərimə ödəməli olacaq.
Amerika hökuməti, eyni zamanda, iki Fransa bankına qarşı da cərimələr tədbiq edib. "BNP Paribas" və "Kredit Agricole" də müvafiq olaraq 8.9 milyard və 800 milyon dollar məbləğində cərimə ödəməlidir.
Şərhlər