Gürcü qadın Ukrayna polisinin başçısı oldu

05.11.2015 06:27     Dünyadan reaksiya     1688

Ukrayna hökuməti milli polisin rəhbərliyinə Xatiya Dekanoidzenin namizədliyini dəstəkləyib. Reaksiya.az-ın məlumatına görə, bu barədə “112 Ukraina” telekanalı məlumat yayıb.
 
Bundan qabaq Ukrayna prezidenti Pyotr Poroşenko yeni hüquq-mühafizə orqanına əcnəbi şəxsin başcılıq edə biləcəyini istisna etmədiyini bildirmişdi.
 
Dekanoidze bundan əvvəl Ukrayna daxili işlər naziri müavinin müşaviri işləyib. Gürcüstanda isə təhsil naziri vəzifəsində çalışıb.

Şərhlər

Çox oxunanlar