ABŞ 10 min suriyalıya ev verəcək
05.11.2015 06:42 Dünyadan reaksiya 1527
ABŞ 2016-cı ildə 10 min suriyalı qaçqını qəbul etməyə hazırdır.
Reaksiya.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin qaçqınların qəbulu şöbəsinin direktoru Lourens Bartlet deyib.
“Biz hazırda ən çətin durumda olan qaçqınları müəyyən etmək üçün BMT ilə işləyirik”, - Bartlet bildirib.
Qeyd edək ki, hazırda Avropada Suriyadan gələn miqrant axını yaşanır.
Şərhlər