İraqdan Türkiyəyə təbrik mesajı

05.11.2015 08:02     Dünyadan reaksiya     1919

İraq baş naziri Heydər əl İbadi türkiyəli həmkarı Əhməd Davudoğluna zəng edərək noyabrın 1-də keçirilən parlament seçkilərindəki qələbə münasibətilə təbrik edib. Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, nəticənin Türkiyə xalqı üçün xeyirli olmağını arzulayan İbadi İraq-Türkiyə münasibətlərinin bundan sonra daha da yaxınlaşacağına inandığını bildirib. Davudoğlu isə ortaq düşmən olan İŞİD-ə qarşı mübarizə ilə bağlı müzakirə aparmaq üçün İraqa səfər etmək istədiyini deyib.

Şərhlər

Çox oxunanlar