Qazaxıstanda beynəlxalq maliyyə mərkəzi yaradılır

05.11.2015 10:21     Dünyadan reaksiya     2081

Qazaxıstan parlamentinin yuxarı palatası “Astana” Beynəlxalq  Maliyyə Mərkəzinin yaradılması barədə konstitusiya qanunu qəbul edib.

Reaksiya.az “Novosti-Qazaxstan”a istinadən xəbər verir ki, bu mərkəzin yaradılacağı barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu ilin aprel ayında məlumat vermişdi. Mərkəzin EXPO-2017 beynəlxalq ixtisaslaşmış sərgisinin baza infrastrukturunun bazasında xüsusi statusla yaradılması planlaşdırılır.

Oktyabr ayında isə məclisin – alt palatanın deputatları layihəni təsiqləmişdi.

Qanuna görə, bu mərkəz beynəlxalq təcrübəyə əsaslanaraq, iştirakçıları üçün cəlbedici maliyyə şərtləri təmin etməlidir. Mərkəzin müstəqil və kənar müdaxilələrdən azad şəkildə fəaliyyəti nəzərdə tutulur.

Şərhlər