Britaniya polisi internet istifadəçilərini izləyəcək
05.11.2015 10:42 Dünyadan reaksiya 1922
Böyük Britaniya hökuməti polis və xüsusi xidmət təşkilatlarının internet istifadəçilərinin izləməsinə qarşı yeni qanun layihəsini qəbul edə bilər.
Reaksiya.az xəbər verir ki, yeni monitorinq qanununa görə, ölkədə hər kəsin internetdəki fəaliyyətləri yaxından təqib edilərək internet provaydır şirkətlər tərəfindən bir il müddətinə saxlanacaq.
Daxili işlər naziri Teresa May bildirib ki, polis və xüsusi xidmət əməkdaşları şübhələndikləri şəxslərin internet üzərindəki əlaqələrinə əldə edəcək.
O, yeni qanun layihəsinin cinayətkarlıq və terrorizmlə mübarizə üçün lazım olduğunu söyləyib.
Lakin bu qanun jurnalistlərə aid olunmur, polis jurnalistlərin mənbələrini məhkəmə qərarı olmadan əldə edə bilməyəcək.
Şərhlər