ABŞ artıq YPG-yə silah satmayacaq
05.11.2015 11:04 Dünyadan reaksiya 1972
ABŞ rəhbərliyi Türkiyə tərəfindən böyük etirazla qarşılanan YPG –yə silah verilməsi mövzusunda geri addım atıb. PKK-nın Suriya qolu kimi bilinən təşkilata bundan belə silah verilməyəcəyi açıqlanıb.
Reaksiya.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) PKK-nın Suriyadakı qolu PYD -nin silahlı qanadı YPG –yə bundan belə silah satmayacaqlarını açıqlayıb.
Pentaqondakı mətbuat konfransda video konfrans yoluyla iştirak edən Təbii Dayanıqlılıq Əməliyyatı sözçüsü Polkovnik Steve Warren bildirib ki, ABŞ-ın Suriyadakı PYD qüvvələrinə istiqamətli siyasətinin dəyişdiyini ifadə edib. Bir jurnalistin “bir Pentaqon rəsmisi bizlərə YPG -nin bundan belə ABŞ-dan silah və ya sursat əldə edə bilməyəcəyi söylədi. Bu məsələ ilə bağlı nə düşünürsünüz?" şəklindəki sualına Warren, YPG-yə bundan belə silah yardımı göstərməyəcəklərini dilə gətirib.
Bu yöndəki siyasətin dəyişdiyinə diqqət çəkən Warren qeyd edib ki, hazırda YPG –yə silah ya da sursat yardımı etmirlər: “Daha əvvəl havadan silah - sursat atanlar suriyalı ərəb koalisiyasına aid qüvvələr idi. Bundan belə gələcək yardımlar da suriyalı qocaman müxalif ərəb üzvlərə gedəcək. Bundan belə siyasətimiz bu şəkildə davam edəcək" - şəklində danışıb.
Türkiyənin həmin məsələ haqqında əndişələrinin fərqində olduqlarını dilə gətirən Warren qeyd edib ki, Türkiyənin NATO müttəfiqi bir ölkə olduğunu, bu narahatlıqlarını ələ aldıqlarını və Türkiyəli rəsmilərlə görüşdüklərini qeyd edib.
ABŞ rəhbərliyinin İŞİD ilə mübarizə aparan YPG –yə bu günə kimi 120 ton silah yardımı etdiyi iddia edilirdi. Silah yardımından narahatlıq duyan rəsmi Ankara ötən günlərdə ABŞ-ın Ankara səfiri John Bassı xarici işlər nazirliyinə çağıraraq duyulan narahatlığı dilə gətirmişdi.
Şərhlər