Abxaziyaya xüsusi status - Gürcüstan federal sistemə keçir
05.11.2015 12:12 Dünyadan reaksiya 2213
Gürcüstan hökuməti separatçı Abxaziya rejiminə federal dövlətdə xüsusi status təklif etməyə hazırdır.
Reaksiya.az-ın “Vzqlyad”a istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın barışıq və mülki bərabərlik üzrə dövlət naziri Paata Zakareişvili bildirib.
Onun sözlərinə görə, rəsmi Tiflis xüsusi status məsələsini nəzərdən keçirməyə hazırdır.
“Bizim artıq Gürcüstanın federal dövlət quruluşunun necə olacağı barədə müəyyən fikirlərimiz var. Bu istiqamətdə daha açıq olmağa hazırıq”, - deyə nazir qeyd edib.
O əlavə edib ki, federal dövlət quruluşu ila bağlı Avropa təcrübəsindən də yararlanmaq vacibdir.
Şərhlər