ABŞ Konqresində dinləmə - Rusiya niyə daha az xərcləyir?

05.11.2015 13:14     Dünyadan reaksiya     1910

ABŞ Suriyada hava əməliyyatlarına gündə 8 milyon dollar xərcləyir, Rusiyanın bu istiqamətdə xərcləri isə iki-dörd dəfə azdır.

Reaksiya.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və  Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nuland bildirib.

“Söhbət gündə 2-4 milyon dollardan gedir, bəlkə də çox”, - deyə Nuland Konqressdəki dinləmələrdə vurğulayıb.

Dövlət katibinin Yaxın Şərq ölkələri üzrə köməkçisi Ann Patterson bildirib ki, ABŞ Suriyada gündəlik təxminən 8 milyon dollar xərcləyir.

Konqresmenlərdən birinin “Niyə ABŞ Rusiyadan 8 dəfə az hava zərbəsi endirir?” sualına belə Patterson cavab verib: “Bu rəqəmə İraqdakı xərclər və bütün hərbi-hava kampaniyası da daxildir. Biz rus deyilik, bizim başqa standartlarımız var”.

Qeyd edək ki, Rusiya Suriyada hərbi-hava əməliyyatlarına başlayandan, ABŞ öz hava zərbələrinin sayını azaldıb.

Şərhlər

Çox oxunanlar