Obama Putinin qabağında “zəif”liyindən danışdı

05.11.2015 14:10     Dünyadan reaksiya     1829

"Görmüsünüz, bu namizədlərdən (respublikaçı namizədlər – red.) hər biri deyir: “Obama zəifdir, Putin onun gözünə kül üfürür, mən Putinlə danışanda isə, o düzələcək”.

Reaksiya.az-ın “The New York Times”a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama deyib.

O qeyd edib ki, əslində o namizədlərin özləri də acizdir: “Sonra məlum olur ki, onlar heç CNBC-də debatların aparıcıları ilə belə bacara bilmirlər. Mən onu demək istəyirəm ki, əgər siz bu uşaqlarla bacarmırsınızsa, çinlilər və rusluların sizdən çox çəkinəcəyini düşünmürəm”.

Şərhlər

Çox oxunanlar