Mədəniyyət və Turizm Nazirliyi bölünür - 5 yeni nazirlik yaradılacaq
05.11.2015 16:15 Dünyadan reaksiya 2287
Türkiyədə mövcud nazirliklərin bəziləri iki yerə ayrılmaqla, beş yeni nazirliyin yaradılması planlaşdırılır.
Reaksiya.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Ekologiya və Şəhərsalma Nazirliyinin hər biri iki nazirliyə bölünəcək. Bu nazirliklərdə strukturlaşma yenidən təşkil olunacaq.
Həmçinin Gömrük və Ticarət, Nəqliyyat, Dənizçilik və İnformasiya, Meşə və Meliorasiya, Enerji və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərində struktur dəyişiklikləri nəzərdə tutulub.
Ümumilikdə, nazirliklərin sayının 25-dən 30-a çatdırılması nəzərdə tutulur.
Şərhlər