Rusiyada iqtisadi çöküş dərinləşəcək - Avropa Komissiyası

05.11.2015 16:49     Dünyadan reaksiya     2215

Avropa Komissiyası Rusiya iqtisadiyyatının 2015-2018-ci illər üzrə inkişafı ilə bağlı proqnozlarını pisləşdirib.

Reaksiya.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Avropa Komissiyasının iqtisadi hesabatında Rusiyanın 2015-ci ildə neftin ucuzlaşmasından və sanksiyalardam dərin resessiyaya keçdiyini vurğulayıb.

“Mənfi artım 2016-cı ildə də sanksiyaların dərinləşməsi və neftin ucuzlaşması ilə davam edəcək”, – deyə hesabatda qeyd olunur.

Avropa Komissiyasının qiymətləndirməsinə görə, bu il Rusiya İqtisadiyyatının ÜDM üzrə çöküşü 3,7 faiz olacaq. Bundan əvvəl isə həmin qurumun çöküş proqnozu 3,5 faiz olmuşdu. Gələnilki iqtisadi artım proqnozu 0,5 faiz olub.

AK 2017-ci ildə Rusiyanın iqtisadi artımını 1 faiz hesablayıb.

Rusiyada inflyasiya üzrə proqnozlar da pisləşdirilib. Avropa ekspertləri Rusiyada istehlakçı qiymətlərinin indeksini 2015-ci ildə 15,6 faiz, 2016-cı ildə 8, 2017-ci ildə isə 6 faiz proqnozlaşdırıb.

Şərhlər

Çox oxunanlar